Fransanın hava limanında Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı saxlanılıb. onun kompüteri və telefonu müsadirə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Məlumata görə, Fransanın hava limanında Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı saxlanılıb. Onun kompüteri və telefonu müsadirə edilib.
Departamentin məlumatına görə, Moskva Parisdən izahat tələb edib.
Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Fransaya etiraz notası göndərilib.
Xuraman Etibarlı
İnterpress.az