Rusiyada 20 VPN bloklanıbbackend

Rusiyada 20 VPN bloklanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada artıq 20-yə yaxın məşhur VPN xidməti bloklanıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Xinşteynə istinadən məlumat yayıb. Bildirilir ki, “Roskomnadzor” bu işi davam etdirmək niyyətindədir.

– Bu gün Rusiyada təxminən iyirmi məşhur VPN artıq bloklanıb. Onlar bloklamağa davam edəcəklər. “Roskomnadzor” işləri davam etdirir, VPN-lər hər gün bloklanır. Bu o qədər də asan iş deyil, amma həyata keçirilir, – Xinşteyn deyib.

Qeyd edək ki,VPN xidmətləri bloklanan saytlara daxil olmaq imkanı yaradır. Rusiyada isə Ukrayna ilə müharibə başlayandan bir sıra məşhur sayt və sosial şəbəkə bloklanıb.