Rusiyada hava şəraiti səbəbindən 76 mindən çox insan işıqsız qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Rusiyada kəskin hava şəraiti genişmiqyaslı fəsadlara yol açıb.
Güclü külək və qeyri-sabit hava səbəbindən ölkə ərazisində 740-dan çox ağac aşaraq elektrik xətlərinə ciddi ziyan vurub.
Hadisə nəticəsində 76 mindən çox sakin elektrik enerjisiz qalıb. Müvafiq qurumlar tərəfindən bərpa işlərinə başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






