Rusiyada dağ çayı iki turisti aparıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qornı Altayda dağ çayının axını iki turisti aparıb. Əvvəlcə qayadan çaya düşən qadın, daha sonra isə onu xilas etməyə çalışan hadisə şahidi boğularaq ölüb.
Məlumata görə, iyulun 9-da bir qrup turist Bolşoy Yaloman çayını keçib.
Hadisə şahidlərinin sözlərinə görə, keçid zamanı turistlərdən biri, 44 yaşlı Olesya daşın üstündə oturmaq qərarına gəlib, lakin yıxılaraq suya düşüb.
Qadını güclü axın aparmağa başlayıb. Bunu görən başqa bir turist, 57 yaşlı Georgi onun köməyinə qaçsa da, onu xilas edə bilməyib – hər ikisini axın aparıb.
Hazırda itkin düşənlərin Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarışları davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az