Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi – FOTObackend

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib.

Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan “Niva” ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb.

Müşahidə kamerasındakı görüntülərə əsasən, onun üzərində kamuflyaj forması, zirehli jilet və dəbilqə olub.

Hadisə nəticəsində bir polis əməkdaşı yaralanıb, onun vəziyyəti ilə bağlı heç bir məlumat verilmir.

Polis bölməsinə hücumdan təxminən 40 dəqiqə sonra yaxınlıqdakı Volçanskoye kəndində bir evdə atəş səsləri eşidilib: beş yaşlı uşaq da daxil olmaqla üç nəfər güllələnib.

İlkin məlumatlara görə, bu cinayətlər əlaqəli ola bilər.

Hadisədə şübhəli şəxs kimi “Ekoniva” aqroholdinqinin mühafizəçisinin adı hallanır. Həmin şəxslə öldürülənlər arasında məişət zəminində münaqişə olub.

Polis onun tərəfini saxlamayıb və kişi qisas almaq qərarına gəlib.

“Əvvəlcə şöbəyə hücum təşkil edib, sonra qadını və böyük oğlunu güllələyib, ən kiçiyini boğub”, – deyə qeyd edilir.

Şübhəli hələ də saxlanılmayıb.

 

Mənbə: “Kommersant-Çernozemye”