Rusiyada erməni məhkəmə icraçılarından gizlənmək üçün QƏRİBƏ ÜSULA ƏL ATDI – VİDEObackend

Rusiyada erməni məhkəmə icraçılarından gizlənmək üçün QƏRİBƏ ÜSULA ƏL ATDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qanunsuz yaşayan erməni miqrant məhkəmə icraçılarından gizlənmək üçün qəribə üsula əl atıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bilduirilir ki, Omsk vilayətində yerli kəndlərin birində qanunsuz yaşayan Ermənistandan olan miqrant məhkəmə icraçılarından gizlənmək üçün özünü gödəkçə kimi göstərib.

Onun planı uğursuz olub və ifşa ounub.

Əcnəbi yerli sakini öldürməklə hədələyib, bundan sonra ona qarşı cinayət işi açılıb. O, məhkəməyə gəlmək istəməyib, onu zorla ora aparmağa qərar veriblər.

Evinin qapısına gələn məhkəmə icraçıları ona zəng vurmağa çalışsalar da, erməni telefonu açmayıb. Otaq yoldaşı qapını açıb deyib ki, o, evdə yoxdur. Lakin o, sözlərində tərəddüd edib və sonra məhkəmə icraçıları mənzilə baxış keçirmək qərarına gəliblər.

Xuraman Etibarlı

İnterpress.az