Rusiyada “göyərçin-dronlar” FƏALİYYƏTƏ BAŞLADI – FOTObackend

Rusiyada “göyərçin-dronlar” FƏALİYYƏTƏ BAŞLADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada “göyərçin-dronlar” sınaqdan keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Beyninə implant yerləşdirilən quşlar xüsusi tapşırıqları yerinə yetirəcək.

Məlumata əsasən, Rusiyada “göyərçin-dronlar” yaradılıb və çipləşdirilmiş quşlardan ibarət ilk dəstə artıq sınaq mərhələsindən uğurla keçib.

Texnologiyaya görə, quşun bədəninə marşrutun qeyd olunduğu implant yerləşdirilir. Həmin çip beynin müvafiq zonalarını stimullaşdırır və nəticədə quş özü həmin istiqamətə uçmaq “istəyir”.

Bu üsulun əsas üstünlükləri uçuş məsafəsinin uzaqlığı və quşların ömrünün uzun olmasıdır.

Bildirilir ki, ilk missiya artıq müəyyən olunub: “qanadlı xüsusi təyinatlılar” elektrik ötürücü xətlərini və qaz qovşaqlarını yoxlayaraq nasazlıqları aşkarlayacaqlar.

Xuraman Etibarlı

İnterpress.az