Rusiyada həbsdə olan Qirkin Ukraynaya döyüş zonasına GEDİRbackend

Rusiyada həbsdə olan Qirkin Ukraynaya döyüş zonasına GEDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qirkin-Strelkov koloniyanı tərk edərək Ukraynaya döyüş zonasına gedir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Nəşrlər bildirir ki, “DXR”-in keçmiş müdafiə nazirinin vəkilləri bütün müvafiq idarələrdən icazə ala biliblər.

Nəticədə Qirkinin həbsi xüsusi əməliyyat zonasında xidmətlə əvəz olunub. Əslində, bu məsələ artıq həll olunub, yalnız bir sıra rəsmiyyətlər qalıb.

İqor Strelkov-Qirkinin həyat yoldaşı Miroslava Reginskaya deyib ki, onun azad edilməsi ilə bağlı xəbərlər “reallığa uyğun gəlmir”.

Xuraman Etibarlı

İnterpress.az