Sankt-Peterburqda naməlum şəxs “Okey” hipermarketində alıcılara bıçaqla hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatına görə, Sankt-Peterburqda “Okey” hipermarketində bir nəfərin bıçaqla hücumuna məruz qalan 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Təcavüzkar müştərilərdən biri tərəfindən zərərsizləşdirilib və ram edilib.
Məlumata görə, hücum edən şəxs narkotikin təsiri altında olub və bütün bəşər övladına nifrət etdiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az