Rusiyada iki yük maşını toqquşmadan sonra YANDI – FOTObackend

Rusiyada iki yük maşını toqquşmadan sonra YANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada iki yük maşını toqquşaraq yanıb. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib. Məlumata görə, qəza nəticəsində yolun bir hissəsində güclü yanğın baş verib.

Tver vilayətinin Zabolotye kəndi yaxınlığında iki yük maşını toqquşub.

Toqquşmadan sonra iki ağır yük maşını yanıb. Təcili yardım şöbəsinin ilkin məlumatına görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 28 əməkdaşı işləyir, 7 xüsusi texnika cəlb olunub.

Ölənlər haqqında məlumat yoxdur.

Xuraman Etibarlı

İnterpress.az