Rusiyada itkin düşən qızları tapmaq üçün ekstrasensin göstərdiyi evə BASQIN EDİLDİ – VİDEObackend

Rusiyada itkin düşən qızları tapmaq üçün ekstrasensin göstərdiyi evə BASQIN EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tuva Respublikasında ekstrasensin sözü ilə ayağa qalxan yüzdən çox könüllü evə hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Tuva Respublikasında iki itkin düşmüş azyaşlı qızın axtarışları zamanı səs-küylü və qeyri-adi insident qeydə alınıb. Bir ekstrasensin “uşaqlar orada saxlanılır” iddiasına inanan 100-dən çox könüllü və yerli sakin qəsəbədə yerləşən fərdi evlərdən birinə basqın edib.

12 yaşlı Aylana və Amina iyulun 1-də axşam saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıblar. Yenisey çayının sahilində onların sönülü vəziyyətdə olan mobil telefonları və ayaqqabıları tapılıb.

Şahidlərin sözlərinə görə, uşaqlar sonuncu dəfə çay kənarında görülüblər. İstintaqın əsas versiyasına görə, uşaqlar suda boğulublar.

Basqın edilən evdə polis tərəfindən dərhal təcili axtarış aparılsa da, qızların hər hansı izinə rast gəlinməyib.

Polis ətrafdakı qonşuların da evlərini yoxladıqdan sonra kütlə rəsmən dağılıb, lakin 10-a yaxın könüllü hər ehtimala qarşı evin qarşısında gecə növbətçiliyi çəkmək üçün ərazidə qalıb.

Yalan məlumat yayaraq kütləni ayağa qaldıran və iğtişaşa səbəb olan ekstrasens qadının hüquq-mühafizə orqanları tərəfindən dindirilməsinə başlanılıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az