Belqorodda məhkəmə binasına pilotsuz təyyarələr tərəfindən hücum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, iki pilotsuz təyyarə Belqorodda məhkəmə binasına hücum edib, bir qadın yaralanıb.
Zərərçəkmiş üz nahiyəsindən qəlpə yarası, barotravma və qapalı kəllə-beyin travması alıb, o, xəstəxanaya yerləşdirilir.
Bütün xidmətlər hadisə yerində işləyərkən ikinci pilotsuz təyyarə məhkəmə binasına məqsədyönlü hücum edərək bir mərtəbədə yanğına səbəb olub. Hazırda yanğın söndürülür.
Bir avtomobilə də ziyan dəyib.
Xatırladaq ki, iyunun 6-da iki pilotsuz təyyarə Belqorodun Oktyabrski rayon məhkəməsinin binasına hücum edib. Daha sonra iki nəfər yaralanıb, partlayış nəticəsində məhkəmə binasının şüşələri sınıb və fasadına ziyan dəyib.
Xuraman Etibarlı
İnterpress.az