Rusiyada məktəblilər kütləvi ZƏHƏRLƏNDİ: 40-a yaxın uşaq XƏSTƏXANADADIRbackend

Rusiyada məktəblilər kütləvi ZƏHƏRLƏNDİ: 40-a yaxın uşaq XƏSTƏXANADADIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Omsk vilayətində 40-a yaxın şagird məktəbdə qazdan zəhərlənib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Omsk vilayətinin Tara şəhərində yerləşən məktəbdə kütləvi zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, 40-a yaxın şagird qaz sızması nəticəsində zəhərlənib.

İnsidentin səbəbi məktəbdən cəmi 250 metr məsafədə yerləşən qazanxanada aparılan texniki yoxlama prosesi olub.

Yüksək təzyiq altında boru sisteminin möhkəmliyinin yoxlanıldığı zaman qaz sızması qeydə alınıb.

Dərslərin davam etdiyi vaxtda sızan qazın iyi tez bir zamanda yaxınlıqdakı təhsil korpusuna çatıb.

Zəhərlənmə simptomları ilə beşinci və altıncı sinif şagirdləri xəstəxanaya yerləşdiriliblər.

Həkimlər şagirdlərdə yüngül dərəcəli qazdan zəhərlənmə diaqnozu qoyublar.

Xuraman Etibarlı

İnterpress.az