Rusiyada meşə yanğını: 440-dan çox şəxsi heyət cəlb olunubbackend

Rusiyada meşə yanğını: 440-dan çox şəxsi heyət cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Gelendjik şəhərində baş verən meşə yanğınında 118 hektar ərazini yanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, yanğına 440-dan çox şəxsi heyət, Be-200 yanğınsöndürmə təyyarəsi və 70-dən çox yanğınsöndürmə maşını, o cümlədən Mi-8 yanğınsöndürmə helikopteri müdaxilə edir.

Rusiyanın cənubundakı Krasnodar vilayətinin Gelencik şəhərində dünən başlayan meşə yanğını davam edir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada alovların yaşayış məntəqələrinə keçmədiyi, 440-dan çox şəxsi heyətin, Be-200 yanğınsöndürmə təyyarəsinin və 70-dən çox yanğınsöndürmə maşınının olduğu bildirilib.

Mi-8 yanğınsöndürmə vertolyotları da yanğına müdaxilə edib.

Gelencik Bələdiyyə Başçısı Aleksey Boqodistov indiyə qədər 118 hektar ərazinin kül olduğunu, qrupların alovun yayılmasının qarşısını almaq üçün böyük səy göstərdiklərini bildirib. Boqodistov alovların ölkənin ən böyük zooparklarından biri olan Safari Parkına hələ çatmadığını deyib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, meşə yanğınına 40 yaşlı yerli sakinin bağçaya çıxardığı elektrik kabelləri səbəb olub və həmin şəxs nəzarətə götürülüb. Bildirilib ki, alov əvvəlcə 1,5 hektar əraziyə yayılıb və güclü küləyin təsiri ilə daha da böyüyüb.