Rusiyada məzunlar bu il hərbi xidmətə çağırılmayacaqbackend

Rusiyada məzunlar bu il hərbi xidmətə çağırılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məzunlar üçün hərbi çağırış bu il təxirə salınıb.

RT-nin məlumatına görə, bu barədə RF dövlət başçısı Vladimir Putin COVID-19-un yayılması şəraitində təhsil sistemində vəziyyəti müzakirə etmək üçün keçirdiyi onlayn iclasda bəyan edib.

“Biz Təhsil naziri ilə birlikdə belə qərara gəlmişik ki, bu ilin məzunlar üçün hərbi çağırış təxirə salınsın”, – deyə prezident bildirib.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma halına görə dünyada ikinci yerdədir. Belə ki, ölkədə bu günə qədər 317 554 nəfər COVID-19-a yoluxub, 3 099 nəfər isə ölüb.

İnterpress.az