Rusiyada qırıcı təyyarə qəzaya düşdübackend

Rusiyada qırıcı təyyarə qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Leninqrad vilayətində “MiQ-31” qırıcı təyyarəsi qəzaya düşüb.

İnterpress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Qərb Hərbi Dairəsi yayıb.

Məlumata görə, ekipaj üzvləri katapult ediblər. Bildirilir ki, təyyarə təlim-məşq uçuşu zamanı qəzaya düşüb. Hadisə yerinə axtarış-xilasetmə xidmətinin 3 “Mi-8” helikopteri göndərilib.

İlkin məlumata görə, təyyarənin qəzaya düşməsinə səbəb texniki nasazlıq olub.