Rusiyada təyyarə qəzası: Bütün sərnişinlər öldübackend

Rusiyada təyyarə qəzası: Bütün sərnişinlər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Rusiyanın An-26 təyyarəsi ilə əlaqə itib.

Bu məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə baş idarəsi yayıb.

Təyyarənin Kamçatka yarımadası yaxınlığında yoxa çıxdığı bildirilib. Təyyarədə ümumilikdə 28 nəfərin olduğu vurğulanıb.

***

Rusiyanın Kamçatka regionunda radarlardan itən sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur.

***

Radarlardan itən An-26 markalı sərnişin təyyarəsinin qalıqları tapılıb.

***

Qəzaya uğrayan təyyarədəki bütün sərnişinlər ölüb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib ki, təyyarənin göyərtəsindəki 22 nəfər sərnişindən və 6 ekipaj üzvündən sağ qalanı yoxdur.

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi də təyyarənin qalıqlarının tapıldığını təsdiqləyib.