Rusiyada tibb işçilərinin cəbhəyə göndərilməsi QALMAQALI: “Könüllü yox, məcburidir”backend

Rusiyada tibb işçilərinin cəbhəyə göndərilməsi QALMAQALI: “Könüllü yox, məcburidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Omskda tibb işçilərinin cəbhəyə göndərilməsinə hazırlıq görülür.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Rusiyanın Omsk şəhərində səhiyyə sistemi üçün narahatedici xəbərlər yayılıb. Yerli feldşerlərdən biri hər xəstəxanadan cəbhə xəttinə (SVO zonasına) azı bir tibb işçisinin göndərilməsinin tələb olunduğunu bildirib.

Formal olaraq könüllü kimi göstərilsə də, əslində bunun məcburi bir tapşırıq olduğu iddia edilir.

İnsan həyatı qurtarmalı olan mütəxəssislərin özlərinin də bu proses zamanı risk altında qalmaları ictimai narahatlıq doğurur.

Eyni zamanda, bu qərarın səhiyyə sistemində onsuz da ciddi çatışmazlıqların olduğu bir dövrdə verilməsi diqqəti cəlb edir.

İki övlad anası olan və cəbhəyə getməyə hazır olmadığını bildirən feldşer qeyd edib ki, bu cür “könüllü” çağırışlarla risk altında yaşamaq istəmir.

Xuraman Etibarlı

İnterpress.az