Rusiyada yol qəzasında 3 polis əməkdaşı ölübbackend

Rusiyada yol qəzasında 3 polis əməkdaşı ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Omsk vilayətində minik maşını ilə yük avtomobilinin toqquşması nəticəsində yol polisinin 3 əməkdaşı ölüb.

Məlumatı Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti yayıb.

İlkin məlumata görə, “Lada Vesta” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək “Mercedes” markalı yük maşını ilə toqquşub.

Bildirilib ki, hadisə iyunun 9-da səhər saatlarında Çelyabinsk-Novosibirsk trasının 932-ci km-liyində baş verib.

Qəza ilə bağlı araşdırmanı Omsk vilayəti prokurorluğu aparır.