Gürcüstan Rusiya tərəfindən deportasiya edilən 80 Ukrayna vətəndaşını ölkəyə buraxmaqdan imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze “İmedi” telekanalına bildirib.
Onlar iyunun ikinci yarısından Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Verxniy Lars” keçid məntəqəsində olublar.
Onlara kömək edən könüllülər antisanitar şəraitdə yaşadıqlarını iddia edirlər.
Daraxvelidze bildirib ki, bu Ukrayna vətəndaşları cinayətkardır və ağır və xüsusilə ağır cinayətlərə görə cəza çəkiblər. Üstəlik, onların heç bir sənədi yoxdur və onları Gürcüstana buraxmaq böyük riskdir.
Onun sözlərinə görə, Kiyev və Kişinyov bu şəxslərin Moldova üzərindən Ukraynaya keçməsi ilə bağlı danışıqlar aparır. Lakin Moldova tərəfi son vaxtlar buna qarşı çıxıb, baxmayaraq ki, artıq 40 nəfər bu yolla öz vətənlərinə qayıdıb.
Xuraman Etibarlı
İnterpress.az