Rusiyadan Türkiyəyə neft daşıyan tankerdə QƏZA – Boğaz hər iki istiqamətdə BAĞLANDIbackend

Rusiyadan Türkiyəyə neft daşıyan tankerdə QƏZA – Boğaz hər iki istiqamətdə BAĞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan Türkiyəyə gedən tanker Çanaqqala boğazında hərəkəti iflic edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Xidməti məlumat yayıb.

Rusiyadan Türkiyəyə doğru hərəkət edən tanker Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkətini bağlayıb.

Məlumata görə, Barbados bayrağı altında üzən və Rusiya limanından Türkiyənin Kocaeli limanına neft daşıyan “Zephyr Prosper” adlı tankerdə qəfil texniki nasazlıq yaranıb.

Türkiyə Sahil Mühafizə Xidmətinin yaydığı rəsmi açıqlamaya əsasən, sözügedən neft tankerində yaranmış problem səbəbindən Çanaqqala boğazında gəmiçiliyin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Hazırda gəminin təhlükəsiz bölgəyə çəkilməsi və boğazın yenidən hərəkətə açılması üçün müvafiq tədbirlər görülür.

Xuraman Etibarlı

İnterpress.az