Rusiyalı bloqerin “bazuka qolları” AMPUTASİYA EDİLƏCƏK – FOTOLARbackend

Rusiyalı bloqerin “bazuka qolları” AMPUTASİYA EDİLƏCƏK – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bazuka qolları” ilə tanınan gənc amputasiya təhlükəsi ilə üz-üzə qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyalı treş-bloqer Kirill Tereşinin (“Ruki-Bazuka”) vəziyyəti kritik həddə çatıb.

29 yaşlı bloqerin son tibbi analizləri o qədər ağırdır ki, hazırda onun qollarını xilas edə biləcək dəri transplantasiyası əməliyyatlarının aparılması mümkünsüz sayılır.

Həkimlər bildirirlər ki, Tereşinin ümumi vəziyyəti stabilləşmədən ciddi cərrahi müdaxilələrə başlamaq olmaz, lakin vaxt onun əleyhinə işləyir.

Məlumata görə, əməliyyatların həyata keçirilməsi üçün eyni anda üç mütəxəssis — damar cərrahı, plastik cərrah və rekonstruktiv cərrah tələb olunur.

Tereşin 2017-ci ildə çiyinlərinə sintol vuraraq sosial şəbəkələrdə məşhurlaşmışdı. Son illərdə bu maddə onun əzələlərini içəridən məhv edir və toxumalar sürətlə çürüyür.

Bu ilin iyununda ona ilk əməliyyatlar edilib və yalnız 70% sintol çıxarılıb – maddənin tam çıxarılması dərhal amputasiyaya gətirib çıxarardı.

Hazırda sintol qolların toxumalarını davamlı şəkildə zədələyir, həkimlər isə vəziyyəti sabitləşdirib növbəti mürəkkəb əməliyyatlara keçməyin yolunu axtarırlar.

Xuraman Etibarlı

İnterpress.az