Rusiyanın avtomobil idxalında Çinin payı 90 faizi ötübbackend

Rusiyanın avtomobil idxalında Çinin payı 90 faizi ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Gömrük Xidmətinin (FTS) sədr müavini Ruslan Davıdov bu ilin ilk 8 ayında Rusiyanın avtomobil idxalında Çinin 92 faiz paya sahib olduğunu bildirib.

İnterpress.az xəbər verir ki, Rusiyanın RİA Novosti agentliyinə verdiyi açıqlamada Davidov Rusiya ilə Çin arasında ticarət həcminin “güclü” artdığını bildirib.

Rusiyanın Avropa Birliyi (AB) ilə ticarətinin azalmağa davam etdiyinə diqqət çəkilib.

Davıdov Rusiyanın xarici ticarətindəki dəyişikliklə bağlı avtomobil bazarından misal çəkərək deyib ki, Çin, bu ilin ilk 8 ayında Rusiyanın avtomobil idxalında yüzdə 92 paya sahib idi: “Avropa bu mənada bağlandı və satışı dayandırdı”.

Rusiya mərkəzli Autostat məlumatlarına görə, ölkədə yeni avtomobil satışları avqust ayında keçən ilin eyni dövrünə görə yüzdə 160 artaraq 109 min 700-ə çatıb.

Yeni avtomobillərin satışında ən böyük paya malik şirkət “Avtovaz” şirkəti olduğu halda, ikinci yeri Çinin “Chery” şirkəti tutub.

Bir çox Qərb avtomobil şirkəti Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını açıqladı.