Rusiyanın Bolqarıstandakı səfirliyinin girişinə qırmızı boya tökülübbackend

Rusiyanın Bolqarıstandakı səfirliyinin girişinə qırmızı boya tökülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanda deputatlığına namizədlər cümə axşamı Rusiyanın Sofiyadakı səfirliyinin əsas girişinə qırmızı boya töküblər.

Jandarm əməkdaşları qaydanı pozanları yerindəcə saxlayıb.

Hadisənin şahidlərinin sözlərinə görə, saxlanılanların anti-Rusiya ritorikası ilə çıxış edən və oktyabrın 2-nə təyin edilmiş növbədənkənar parlament seçkilərinə qatılacaq Demokratik Bolqarıstan koalisiyasının nümayəndələri olduğu üzə çıxıb.

Rusiya səfirliyi diplomatik missiyaya növbəti hücumdan hiddətlənərək, onun lazımi təhlükəsizliklə təmin olunmasını tələb edib.

Qeyd edək ki, Bolqarıstanda analoji aksiya aprelin 8-də də baş tutub.

Mənbə: TASS