“Rusiyanın Krım və Donbasla bağlı mövqeyi dəyişməyib” – Medinskibackend

“Rusiyanın Krım və Donbasla bağlı mövqeyi dəyişməyib” – Medinski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna əslində Rusiyanın NATO-ya üzv olmamaq və hərbi bazaların yerləşdirilməsindən imtina etmək haqqında prinsipial tələbləri ilə razılaşıb”.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda iştirak edən Rusiya nümayəndəsi Vladimir Medinski “Rossiya-24” telekanalının efirində deyib.

Medinski bildirib ki, Ukrayna təkliflərdə qeyd olunan bütün öhdəlikləri yerinə yetirsə, NATO-nun platsdarm yaratmaq təhlükəsi aradan qalxacaq.

Onun sözlərinə görə, Rusiyanın Krım və Donbasla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır.