Rusiyanın 47 ildən sonra ilk dəfə Aya göndərdiyi “Luna-25” kosmik gəmisinin idarəetmədən çıxaraq Ayın səthinə çırpıldığı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avqustun 11-də Rusiyanın Aya göndərdiyi “Luna-25” kosmik gəmisindən bəd xəbər gəlib.
Rusiyanın dövlət kosmos şirkəti Roskosmos bildirilib ki, dünən yerli vaxtla saat 14:57-dən sonra Luna-25 ilə əlaqə kəsilib, nəticədə vasitə gözlənilməz bir orbitə girib və fəaliyyətini dayandırıb.
Sabah uğurlu eniş etməsi gözlənilən Luna-25-in su izlərinin təsbit edildiyi Ayın cənub qütb bölgəsində bir il xidmət etməsi planlaşdırılırdı.
Həm ABŞ, həm də Çin Ayın səthinə yumşaq enişlər etsə də, indiyədək heç bir ölkə cənub qütbünə enməyib.