Rusiyanın müdafiə naziri yeni təyin olunmuş qazaxıstanlı həmkarı ilə danışıqlar aparıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moskvada Rusiya və Qazaxıstan Müdafiə nazirliklərinin rəhbərləri Belousov və Kosanov arasında görüş keçirilib.
Hərbi sahədə əməkdaşlığın cari məsələləri müzakirə edilib.
Kosanov qeyd edib ki, Qazaxıstan Rusiya Federasiyası ilə əməkdaşlığın inkişafına xüsusi önəm verir:
“Bizi ənənəvi olaraq mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlıq bağlayır”.
Bundan əvvəl Kosanov iyunun 26-da Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində Belousovla ikitərəfli görüş keçirib.
O, bu vəzifəyə bu il iyunun 8-də Tokayevin sərəncamı ilə təyin edilib.
Xuraman Etibarlı
İnterpress.az