Rusiyanın müdafiə naziri: “Ukraynada müharibə gələn il də davam edəcək”backend

Rusiyanın müdafiə naziri: “Ukraynada müharibə gələn il də davam edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin Ukraynadakı müharibənin 2023-cü ildə də davam edəcəyini açıqlayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

O, Qərbin Ukraynada müharibəni davam etdirməyə çalışdığını vurğulayıb.

Qismən səfərbərliyin ordu üçün mühüm sınaq olduğunu və əsgərlərin döyüş qabiliyyətini artırdığını qeyd edən Sergey Şoyqu bu prosesdə müəyyən çətinliklər yaşadıqlarını əlavə edib.

“Biz həmçinin danışıqlara hazırıq”, – deyə Şoyqu əlavə edib.