Rusiyanın peyvəndi oğurluq çıxdı: Putinin casusları onu kimdən oğurlayıb?backend

Rusiyanın peyvəndi oğurluq çıxdı: Putinin casusları onu kimdən oğurlayıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya peyvəndi “Sputnik”in formulu İngiltərə-İsveç dərman şirkəti olan “AstraZeneca”nın Oksfordda işləyən əməkdaşlarından Putinin casusları tərəfindən oğurlanıb.

bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb. Jurnalistlərin dediyinə görə, Oxford / AstraZeneca peyvəndi yaratmaq üçün oxşar formuldan istifadə olunur.

“The Sun”un yazdığına görə, Oxford-un Təhlükəsizlik Xidmətində buna dair dəlillər var.

Vladimir Putinin mətbuat katibi Aleksey Peskov xəbəri şərh edərək nəşri “elmi olmayan qəzet” adlandırıb.

“Sputnik V” və “AstraZeneca” əksər koronavirus peyvəndlərindən fərqli olaraq vektor peyvəndlərdir. Ancaq aralarında bir sıra fərqlər var.

“Sputnik” Ad26 və Ad5 serotiplərinin təkrarlanmayan insan adenovirus vektoru platformasında yaradılıb. “AstraZeneca” şimpanze adenovirusuna əsaslanır.     /Cebhe.info/