Rusiyanın Ukraynada istifadə etdiyi İran istehsalı dronlarda italiyamənşəli komponentlər aşkarlanıbbackend

Rusiyanın Ukraynada istifadə etdiyi İran istehsalı dronlarda italiyamənşəli komponentlər aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynada istifadə etdiyi İran istehsalı “Mühacir-6” PUA-sında İtaliya komponentləri aşkarlanıb. Belə ki, İtaliya şirkəti aparatın “Rotax 912” mühərrikini İrana satıb.

Bu barədə İtaliyanın “La Repubblica” nəşri yazıb.

Mütəxəssislər müəyyən ediblər ki, İranın “Mühacir-6” PUA-larının bir dənə də rusiyamənşəli detalı yoxdur. “Rotax 912” mühərrikinə gəlincə, o, ultrayüngül təyyarə bazarında geniş istifadə olunur. İstehsal zavodu mühərrikin Rusiya və ya İrana ixracına nə vaxtsa icazə verdiyini inkar edən Kanadanın “Brp” qrupuna məxsusdur.

İtalyan şirkəti “Luciano Sorlini Spa” arıtq uzun müddətdir İrana “Rotax” mühərrikləri satmaq üçün lisenziyaya sahibdir və 2019-cu ildən bəri bu ölkəyə mühərrik satmadığını bildirib.

“Biz onları 2015-ci ildən 2019-cu ilin əvvəlinə qədər İranda satırdıq, sonra bu ölkəyə qarşı sanksiyalar qüvvəyə minəndə əlaqələrimizi kəsdik. Hətta İrana satış lisenziyasının istinadını saytımızdan çıxarmışıq”, – şirkət açıqlayıb.

Formal olaraq “Rotax 912” mühərriklərinin hərbi təyinatı yoxdur: onlar idman uçuşlarının pərəstişkarları tərəfindən istifadə olunur. Eynən İslam İnqilabı Keşikçiləri Korpusunun vaxtilə İtaliyadan aldığı və Kəngər körfəzində üstünlüyü ələ keçirmək üçün desant katerinə çevirdiyi supersürətli motorlu qayıqlar kimi. Belə mühərriklər iki marşrutla İrana çatdırıla bilərdi. Birincisi “ikitəyinatlı mallar” yolu ilə (məhsullar həm hərbidə, həm də mülki həyatda istifadə oluna bilər), digəri isə dolayı idxalla.

Xatırladaq ki, hələ iyul ayında KİV-də İranın Rusiyaya “Şahid” pilotsuz uçuş aparatlarını satdığına dair məlumat yayılmışdı.

Avqustda ABŞ-ın “The Washington Post” nəşri İran istehsalı “Mühacir-6” və “Şahid” PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını bildirmişdi.

Sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi İran istehsalı olan ilk PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı.

Oktyabrın 3-də Ukrayna Müdafiə Nazirliyi hərbçilərinin Rusiya Silahlı Qüvvələrinin İran istehsalı olan “Mühacir-6” PUA-sını endirdiyini elan etmişdi.

Oktyabrın 28-də həmin dronlarda digər ölkələrlə yanaşı ukraynamənşəli komponentin aşkarlandığı açıqlanmışdı.