Rusiyanın valyuta ehtiyatlarının 60%-i dondurulubbackend

Rusiyanın valyuta ehtiyatlarının 60%-i dondurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın xarici işlər naziri Liz Trass beynəlxalq sanksiyalar nəticəsində Rusiyanın müharibə büdcəsinin 60 faizinin dondurulduğunu bildirib.

İnterpress.az xəbər verir, polşalı həmkarı Zbiqnev Rau ilə görüşündən sonra mətbuat konfransında danışan Trass Rusiyanın 604 milyard dollar valyuta ehtiyatının 350 milyard dollarından çoxunun dondurulduğunu qeyd edib.

Trass deyib ki, Rusiya iqtisadiyyatı sanksiyalar nəticəsində sovet dövrünə qayıdır.

Trass G7 ölkələrini bu həftə keçiriləcək görüşdən əvvəl sanksiyaları daha da artırmağa çağırıb.

Böyük Britaniyanın xarici işlər naziri deyib ki, Moskvaya qarşı əlavə tədbirlər gəmiçilik, banklar və qızıl ticarətini hədəf almalı, həmçinin Rusiya neft və qaz idxalını məhdudlaşdırmaq üçün qrafik müəyyənləşdirilməlidir.

O əlavə edib ki, müharibəni bitirməyin yeganə yolu Rusiyanın Ukraynada uduzmasıdır.