Rusiyanın yeganə təyyarədaşıyan gəmisi “Admiral Kuznetsov” istismardan çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Müdafiə Nazirliyi gəminin modernləşdirilməsini dayandırıb və sökülməni ən çox ehtimal olunan variant kimi nəzərdən keçirir.
Onlar 2017-ci ildən kreyseri yeniləməyə çalışırlar, lakin bu proses çoxmilyonluq itkilərlə müşayiət olunan qəzalar və yanğınlarla müşayiət olunur.
Mütəxəssislər hazırda belə gəmilərə ehtiyac olub-olmadığını müzakirə edirlər: bəziləri deyirlər ki, onlarsız edə bilmərik, bəziləri isə təyyarədaşıyanları keçmişin qalığı hesab edir.
Xuraman Etibarlı
İnterpress.az