LDPR Rusiyaya daxil olan bütün əmək miqrantlarının meningokoklara qarşı məcburi peyvənd edilməsini təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə partiya lideri Leonid Slutski bildirib.
Parlamentari öz fraksiyasının deputatları ilə birlikdə Rospotrebnadzor-a müvafiq müraciət göndərəcək.
Peyvəndin sərhəddə və xarici vətəndaşların öz hesabına aparılması təklif olunur.
“Bu gün Rusiyada təhlükəli meningokok infeksiyası yayılır – ölümcül xəstəlik əlillik və ya ölümlə nəticələnə bilər.
İcazəsiz əcnəbi vətəndaşlar və onların övladları ölkəmizə səfər edir və infeksiya üçün yuvaya çevrilirlər. Biz çoxdan deyirik ki, bu axın dayandırılmalıdır”, – LDPR lideri deyib.
Bir gün əvvəl Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş ştatdankənar mütəxəssisi bildirib ki, son üç ildə meningokok infeksiyasından ölənlər arasında böyüklərin nisbəti xeyli artıb.
Xuraman Etibarlı
İnterpress.az