Rusiyaya lüks avtomobil satdığına görə alman 5 il həbs cəzasına məhkum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Məlumata görə, Almaniya məhkəməsi Marburq sakinini Rusiyaya lüks avtomobil satdığına görə 5 il həbs cəzasına məhkum edib
Essen Gömrük İstintaq Departamentinin məlumatına görə, 56 yaşlı Marburq sakini 71 lüks avtomobili qaçaqmalçılıq yolu ilə Rusiyaya keçirməkdə təqsirli bilinib.
Təqsirləndirilən şəxs sanksiyalara məhəl qoymayaraq, dəyəri beş milyon avrodan çox olan çoxlu sayda lüks avtomobil satıb.
Bu məqsədlə o, üçüncü ölkələrə qanuni ixracat həyata keçirib.
Məhkəmə həbs müddəti ilə yanaşı, təqsirləndirilən şəxsin əmlakının qanunsuz ixrac edilən avtomobillərin qiymətinə bərabər məbləğdə müsadirə edilməsinə qərar verib.
Xuraman Etibarlı
İnterpress.az