Ruslar türk istehsalı olan ağ əşyalardan istifadə edirlər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qərb ölkələrinin bir çox məhsula sanksiya tətbiq etdiyi Rusiyada Türkiyənin ağ əşya məhsullarına tələbatın artdığı ortaya çıxıb.
2023-cü ilin ilk yarısında Rusiya daxili bazarında satılan Türkiyə istehsalı ağ əşyaların sayının 500 mini keçdiyi bildirilir.
Rusiyada nəşr olunan iqtisadiyyat yönümlü “Vedomosti” qəzetinin xəbərinə görə, rus xalqı xüsusilə 2023-cü ildə türk mənşəli ağ əşyalara meyl göstərib.
Qeyd edilib ki, Qərbin sanksiyalarının davam etdiyi bir dövrdə rus xalqının ağ əşyada bir nömrəli seçimi türk olub.
İlin ilk 6 ayında 500 mindən çox türk markası ağ əşya satılıb. Ümumilikdə, elektrik və qaz sobaları, paltaryuyan, soyuducu və dondurucular satılır.
Ağ əşyalarla yanaşı, məişət cihazlarında türk mənşəli 40 min cihaz satılıb.