Rusları qədim həyat tərzinə qayıtmağa ÇAĞIRDILARbackend

Rusları qədim həyat tərzinə qayıtmağa ÇAĞIRDILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusları qədim həyat tərzinə qayıtmağa və mağazalara daha az getməyə çağırıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Vladimir Pinayev bildirib.

“Rusları qədim həyat tərzinə qayıtmalı və mağazalara daha az getməlidirlər. Onlar da fermerlər kimi yerli resurslardan istifadə etməlidirlər”, –  Pinayev deyib.

Onun sözlərinə görə, “məsələn, evdə qoyun saxlaya bilərsiniz – ətini yeyin, dərisindən papaqlar və kürklər tikə bilərsiniz.

Bu ekologiyadır – göbələk üçün meşəyə getmək, balıq tutmaq, ot biçmək. Bizim əcdadlarımız bütün bunları çoxdan mənimsəyiblər”, – fəal vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az