Rusları Ukrayna üzərində “qələbə”yə hazırlayırlar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti Moskva yaxınlığındakı Senej mərkəzində vitse-qubernatorlar üçün seminarın məzmunu ilə tanış olduğu iddia edilən anonim həmsöhbətlərə istinadən iddia edir.
İddialara görə, Rusiyanın regional rəsmiləri Ukrayna ilə müharibənin başa çatması və əhaliyə çatdırmalı olacaqları “qələbə” anlayışının formalaşması üçün hazırlaşmağa başlayıblar.
“Bu, Şimal müharibəsinin sonunun gələcəyindən irəli gəlir və biz buna hazır olmalıyıq”, – nəşrin mənbələrindən biri izah edib.
Plan, müharibənin radikal tərəfdarlarının mümkün narazılığına baxmayaraq, müharibənin nəticəsini qələbə kimi təqdim etməkdir.
Hakimiyyət üçün əsas auditoriya, Kremlin hesablamalarına görə, razı qalmalı olan “sakit çoxluq” olacaq. “Kommersant” yazır ki, məmurların vəzifəsi bu qrupu “genişləndirmək”dir.
Xuraman Etibarlı
İnterpress.az