Sahilə atılan nəhəng balina TƏHLÜKƏ YARATDI: Cəsəd PARTLAYA BİLƏR – VİDEObackend

Sahilə atılan nəhəng balina TƏHLÜKƏ YARATDI: Cəsəd PARTLAYA BİLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamçatkada sahilə atılan nəhəng Yapon balinası təhlükəli vəziyyət yaradıb – cəsəd hər an partlaya bilər.

İnterpress.az xəbər verir ki, bu barədə bölgəyə baxış keçirən mütəxəssislər məlumat yayıb.

Kamçatka sahillərinə nadir sayılan Yapon balinasının cəsədi çıxarılıb.

Mütəxəssislərin məlumatına görə, heyvan balıq torlarına dolaşaraq boğulub və artıq üç gündür ki, cəsədi sahildə qalır. Hazırda onu vəhşi ayılar yeməyə başlayıb.

Ekspertlərin bildirdiyinə görə, daxildə gedən çürümə prosesi nəticəsində balinanın bədənində metan və hidrogen-sulfid kimi təhlükəli qazlar toplanıb. Bu isə cəsədin hər an qəfil partlaması riskini yaradır və bölgədə olan insanlar üçün ciddi təhlükə hesab olunur.

Mütəxəssislər yerli əhaliyə sahilə yaxınlaşmamağı tövsiyə edib və hadisə yerinə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az