Samara “qara gün”ünü YAŞAYIR: İkinci dəfə ağac insanı ÖLDÜRDÜ – VİDEObackend

Samara “qara gün”ünü YAŞAYIR: İkinci dəfə ağac insanı ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samarada ağacın aşması nəticəsində daha bir nəfər həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Rusiyanın Samara şəhərində bu gün ağacın aşması nəticəsində ikinci faciəvi hadisə qeydə alınıb.

Bu dəfə hadisə Karl Marks küçəsində baş verib. Aşma nəticəsində səkidə hərəkət edən yerli sakin həlak olub.

Xatırladaq ki, bu gün səhər saatlarında Samarada aşan ağacın yeniyetmələrin üzərinə düşməsi nəticəsində 13 yaşlı qız dünyasını dəyişmiş, digər bir nəfər isə yaralanmışdı.

Xuraman Etibarlı

İnterpress.az