Sankt-Peterburqun Vasilyevski adasında naməlum şəxs evin pəncərələrindən atəş açıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Sankt-Peterburqun Vasilyevski adasında naməlum şəxs evin pəncərələrindən atəş açıb.
Artıq Daxili İşlər Nazirliyi və OMON əməkdaşları hadisə yerinə gəlib. Küçə mühasirəyə alınıb.
Hazırda təhlükəsizlik qüvvələri atəş açan şəxslə danışıqlar aparır.
Son məlumata görə, atəş açan şəxs psixi cəhətdən qeyri-sabit adamdır, artıq zərərsizləşdirilib. O, əvvəlcə psixiatriya xəstəxanasına göndəriləcək.
Xuraman Etibarlı
İnterpress.az