Şəhər Şurasının iclasında qarşıdurma yaranıb – Müxalifət və hakim komanda qarşı-qarşıya gəlibbackend

Şəhər Şurasının iclasında qarşıdurma yaranıb – Müxalifət və hakim komanda qarşı-qarşıya gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Batumi Şəhər Şurasının sessiyasında səs-küy yaranıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

“Vahid Milli Hərəkat” və “Gürcü Arzusu”nun üzvləri qarşı-qarşıya gəlib.

Qarşıdurma şuranın digər üzvləri tərəfindən dayandırılıb.

Batumi meri Arçil Çikovani Şəhər Şurası qarşısında çıxış edərkən müxalifətçi Mamuka Kobuladze əlini masaya çırparaq etirazını bildirib.

“Ey, oğlan normal cavab ver, etiraz etməyimə mane ola bilməzsən!” – bu sözlərlə “Vahid Milli Hərəkat”ın nümayəndəsi Mamuka Kobuladze “Gürcü Arzusu”nun üzvü Tengiz Abxazavaya müraciət edib.

Digər tərəfdən, hakim komandanın üzvləri müxalifət nümayəndələrini “təxribatçı” və “müharibə partiyası” adlandırıblar. Onların sözlərinə görə, “Vahid Milli Hərəkat” daha bir tamaşa nümayiş etdirir.