Şəmkir bazarında yanğın: 7 köşk və bir mağaza yararsız hala düşdübackend

Şəmkir bazarında yanğın: 7 köşk və bir mağaza yararsız hala düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda bazarın ərazisində hər birinin sahəsi 5 kvadratmetr olan taxta konstruksiyalardan ibarət yeddi ədəd köşk və ümumi sahəsi 10 kvadratmetr olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.