Şəmkirdə yalançı xeyriyyəçi ifşa olundubackend

Şəmkirdə yalançı xeyriyyəçi ifşa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi sosial şəbəkələrdə Şəmkir rayon sakininin Kəlbəcər rayonundan qayıdarkən pandemiya qaydalarını pozduğu üçün Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanıldığı və digər həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumat ötürülüb.

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin məlumatı sosial şəbəkələrə ötürən, Şəmkir rayonunda fəaliyyət göstərən “Qala” restoranının sahibi Tural Zeynalov ötən il noyabr ayının 1-də axşam saatlarında işlətdiyi restorandan çıxıb axtarışda olan 99-PC-390 nömrəli avtomobil ilə hərəkətdə olan zaman saxlanılıb. O, polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı və hərbi rejim qaydalarını kobud surətdə pozaraq avtoxuliqanlıq hərəkətləri ilə ictimai asayişi nümayişkaranə şəkildə pozub.

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

Bildirlib ki, buna görə də T. Zeynalov barəsində  İXM-in 510,  511.1, 517-2.1 və 535.1 maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsində T. Zeynalov verdiyi izahatı bir daha təsdiq edərək, törətdiyi əməllərdən səmimi peşman olduğunu bildirib.

Lakin, sosial şəbəkələrdə gedən məlumatda həmin şəxsin Kəlbəcər rayonundan gəldiyini, ora yardım apardığını bildirsə də Kəlbəcər rayonunun noyabr ayının 1-də deyil 25 noyabrda işğaldan azad edildiyini nəzərə alsaq sosial şəbəkələrdə yayılan iddiaların əsassız və şantaj xarakterli olduğu aydın görsənir. Bundan başqa T. Zeynalov işlətdiyi “Qala” restoranında pandemiya dövründə qadağan olunmasına baxmayaraq dəfələrlə toy mərasimi keçirməyə cəhd etmiş lakin RPŞ-nin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun  tədbirlər görülüb.