Separatçılar silahları təhvil verməyənə qədər olduqları yerdə qapanıblarbackend

Separatçılar silahları təhvil verməyənə qədər olduqları yerdə qapanıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqif Xaçaturyan Qarabağdan Ermənistana keçmək istəyərkən qorxu içində olmalı idi”.

İnterpress.az xəbər verir ki, bunu politoloq Elxan Şahin oğlu bildirib.

“Çünki bilməliydi ki, Azərbaycanın müvafiq dövlət instansiyalarında onun 30 il əvvəlki cinayətləri barədə məlumatlar toplanıb və həmin məlumatlar Laçın sərhəd keçid məntəqəsinin bilgisayarlarında var. Görünür, xəstəliyi ilə əlaqədar ağrıları o qədər artıb ki, sərhədi keçməklə risqə getməli olub, ancaq ilişib. Erməni separatçıları sərhəddə Xaçaturyanın həbsi hadisəsindən özləri üçün ən azı iki nəticə çıxarmalı olacaqlar. Birincisi, torpaqlarımızın işğalında və qətliamlarda iştirak edənlərin Laçından Ermənistana keçidi mümkün deyil, belələrin sayı isə az deyil. İkincisi, separatçılar silahları təhvil verməyənə qədər olduqları yerdə qapanıblar, bu halda onlarla bağlı amnistiya da mümkün deyil”-, politoloq əlavə edib.

Qeyd edək ki, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb. Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Baş Prokurorluqdan bildirilib ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.