Serbiyadan ŞOK QƏRAR: Kadırovun qardaşı oğlunun vətəndaşlığı 5 gün sonra LƏĞV EDİLDİ – FOTObackend

Serbiyadan ŞOK QƏRAR: Kadırovun qardaşı oğlunun vətəndaşlığı 5 gün sonra LƏĞV EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya Ramzan Kadırovun qardaşı oğlu Yakub Zakriyevin vətəndaşlığını ləğv edib.

İnterpress.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Serbiya hakimiyyəti Ramzan Kadırovun qardaşı oğlu Yakub Zakriyevin vətəndaşlığını ləğv etmək barədə qərar qəbul edib.

Məlumata görə, bu addım vətəndaşlığın verilməsindən cəmi beş gün sonra atılıb.

Qeyd olunur ki, əvvəlcə pasport ona “ölkə üçün maraq kəsb edən əcnəbi” qismində təqdim edilib.

Lakin mətbuatda bununla bağlı dərc olunan yazılardan və ictimai rezonansdan sonra rəsmi qurumlar qərarı yenidən nəzərdən keçirərək vətəndaşlığı ləğv ediblər.

Xuraman Etibarlı

İnterpress.az