Polşada sərnişin qatarının dəmiryol keçidində yük maşını ilə toqquşması nəticəsində 22 nəfər xəsarət alıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nowy Dwor Mazowiecki-Sierp ekspedisiyasını həyata keçirən sərnişin qatarı Polşanın Plonsk şəhərinin Dalanowek kəndi yaxınlığında yük maşını ilə toqquşub.
Həmsəviyə keçidində baş verən qəzadan sonra hadisə yerinə çoxlu yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.
İlkin məlumata görə, qəza nəticəsində 22 nəfər xəsarət alıb. Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən yaralılara ilkin tibbi yardım edilərkən, 4 nəfər xəstəxanaya aparılıb. Vəziyyəti ağır olan bir nəfər təcili tibbi yardım helikopteri ilə xəstəxanaya çatdırılıb.
Polisdən verilən açıqlamada qəzanın yük maşını sürücüsünün həmsəviyyəli keçiddə “Saxla” işarəsinə tabe olmayaraq qatar yoluna daxil olması səbəbindən baş verdiyi bildirilib. Hadisə yerində işlər davam edərkən, Nasielsk-Sierpc qatar xətti bir müddət nəqliyyata bağlanıb.