Sərxoş sürücü polis əməkdaşını 300 metr SÜRÜDÜ – VİDEObackend

Sərxoş sürücü polis əməkdaşını 300 metr SÜRÜDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada sürücülük vəsiqəsi olmayan sərxoş sürücü polisi 300 metr məsafədə sürüyüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qorno-Altaysk şəhərində xoşagəlməz və təhlükəli yol hadisəsi qeydə alınıb. Yol polisi əməkdaşı sənədlərini yoxlamaq üçün avtomobili saxladıqda, sürücü sənəd təqdim etmək əvəzinə qaz pedalına basıb.

Həmin vaxt avtomobilin yanında olan yol polisi əməkdaşı maşının qapısının dirəyindən tuta bilib.

Sürücü onu təxminən 300 metr məsafədə yerdə sürüyüb. İnspektor bir müddət asfalta sürtünərək ayaq üstə qalmağa çalışıb.

Lakin çox keçmədən sürücü idarəetməni itirərək bordürə çırpılıb və qaçmaq cəhdi boşa çıxıb.

Hadisənin təfərrüatları, o cümlədən polisin sürüklənmə anı videoya düşüb. Faktla bağlı araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az