ÇXR sədri Pekində Rusiya Xarici İşlər Nazirliyinin rəhbərini qəbul edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İyulun 15-də Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Lavrov ÇXR sədri Si Cinpin tərəfindən qəbul edilib.
Müxtəlif səviyyələrdə ikitərəfli siyasi təmasların bir sıra məsələləri, o cümlədən Putinin ŞƏT sammitində iştirak etmək üçün Çinə səfərinə hazırlıq və militarist Yaponiya üzərində Qələbənin 80-ci ildönümü ilə bağlı bayram tədbirləri müzakirə edilib.
Tərəflər beynəlxalq və regional gündəliyin cari məsələlərinə də toxunublar.