Son bir ildə Şimal qütbündə xeyli həcmdə dəniz buzları əriyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Türkiyənin Şimal Qütbünə üçüncü dəfə təşkil etdiyi Milli Arktika Elmi Tədqiqat Ekspedisiyası çərçivəsində elm adamları izlədikləri kruiz marşrutlarında buzlaqların əriyib dənizə qopmasını izləyərək qlobal iqlim dəyişikliyinin nəticələrini müşahidə ediblər.
Alimlər bildirir ki, buzlaqların əriməsi suyun səviyyəsinin artmasına və bir çox sel və daşqınlar kimi fəsadlara yol aça bilər.
Hətta xeyli sayda insan tələfatı ilə nəticələnə biləcək təbii fəlakətin baş verə biləcəyi istisna edilmir.