Şimali Koreya lideri orduya müharibə planlarını yekunlaşdırmağı əmr edibbackend

Şimali Koreya lideri orduya müharibə planlarını yekunlaşdırmağı əmr edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanın genişmiqyaslı hərbi təlimlərə hazırlaşmasından sonra hərbçilərə müharibə planlarını yekunlaşdırmağı tapşırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kimin sədrliyi ilə Koreya Fəhlə Partiyasının Hərbi Komissiyasının iclasında ordunun döyüş hazırlığı və düşmənlərə qarşı hücum planları müzakirə olunub.

Kim sərhəd qoşunlarının artırılması, real döyüş təlimlərinin keçirilməsi və yeni strategiyaların və silahların hazırlanması ilə bağlı danışıqlardan sonra orduya müharibə planlarını yekunlaşdırmağı tapşırarkən “vacib hərbi tədbirlərin həyata keçirilməsi” haqqında qətnamə imzalayıb.

Ordunun daha güclü hücum silahları əldə etməli və nüvə qarşısının alınmasını artırmaq üçün dərhal yerləşdirməli olduğunu qeyd edən Kim müxtəlif silah və sistemlərin geniş miqyaslı istehsalına göstəriş verib.

Digər tərəfdən, Kimin görüş zamanı Cənubi Koreya əhalisinin yarısının məskunlaşdığı paytaxt Seul şəhəri və ətrafındakı Koreya yarımadası xəritəsindəki bəzi məqamlara diqqət çəkdiyi bildirilir.